Əmlak Xidmətləri Məkanı (ƏMDK)-dan alınan sənədlər: ünvana bax
Özünüzün və Ailə tərkibi haqqında aldığınız sənəddə göstərilən hər bir 18 yaşdan yuxarı olan ailə üzvünüzün adına Azərbaycan Respublikası ərazisində “adına olan mülklərinin siyahısı və ya mülkünün olmamasına” dair sənəd (2018-ci il üzrə)
Bu sənədi almağınız üçün sizin və hər bir ailə üzvünüzün şəxsiyyət vəsiqəsi və özünün gəlməsi gərəkdir. Əgər özləri gələ bilmirlərsə yalnız ASAN xidmətdə alınan etibarnamə vasitəsi ilə (10-15 dq verirlər + 10-11 manat rüsum) onların adından sənədləri qurumlardan ala və ya təqdim edə bilərsiniz. Rəsmi sənəddə ailə üzvlərinin hər birinin adına olan mülklərin göstərilməsi tələb olunur amma keçən il müraciət edənlərdən hamı yalnız öz adına olan mülkləri göstərməklə təqaüdü qazanıb.
Hal-hazırda qeydiyyatda olduğunuz evin sahəsini əks etdirən sənəd (2018-ci il).
Əgər rayon qeydiyyatısınızsa bu sənədi rayondakı qurumdan almalısınız (rayon qeydiyatı olanlar üçün aşağıda daha ətraflı). Bu sənədi almağınız üçün siz və şəxsiyyət vəsiqəniz, qeydiyyatda olduğunuz evin sahibinin şəxsiyyət vəsiqəsi və evin kupçası gərəkdir.
Bakıda olmayıb da, rayonda qeydiyyatında olanlar (Respublika ərazisində olan mülkiyyət sənədləri hər kəs Bakıdan ala bilər, bir tək evin sahəsinə dair sənəd qeydiyyat olduğunuz rayondan asılıdır).
Rayon qeydiyyatında olanlar əgər yuxarıda qeyd etdiyim Əmlak Xidmətləri Məkanı (ƏMDK)-dan evlərinin sahəsinə dair sənədi ala bilmirlərsə qeydiyyatda olduqları rayonun İcra hakimiyyətindən bu sənədi ala bilərlər.
Ailə tərkibi haqqında arayış (2020-ci il üzrə)
Ailə tərkibi haqqında arayışı şəxsiyyət vəsiqəniz və metrikanınızı ASAN xidmətə təqdim etməklə ala bilərsiniz. Bu sənədin rüsumu yoxdur. Sənəd 3-4 gün ərzində verilir (bəlkə xahiş etsəniz daha tez də verə bilərlər, 2020-ci ilə məxsusdur).
Ailə tərkibi haqqında arayışda qeyd olunan ailə üzvlərinin illik gəliri (2018-ci il üzrə)
Valideyinlərinizin və ya 18 yaşdan yuxarı evli olmayan (və hazl-hazırda təhsil almayan) qardaş və bacınızın 2018-ci ilə dair illik gəlirinə dair arayış.
18 yaşdan yuxarı qardaş və ya bacı hal-hazırda universitetdə oxuyursa o zaman onların universitetdə oxumaqlarına dair arayış.
Valideyinlər işləmirlərsə və ya 18 yaşdan yuxarı qardaş və ya bacı hal-hazırda universitetdə oxumursa və işləmirlərsə o zaman “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Falanca Rayon Məşğulluq Mərkəzi”-dən alınan işsizliyə dair arayış.
qeyd
DİQQƏT!
Qeyd etdiyim bütün sənədlərin təqdim etmək üçün verildiyi yer “İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi” deyə qeyd olunmalıdır. Əgər arayışın formatı bunu qeyd eləmə imkan vermirsə bir problemi yoxdur, zatən çox da vacib deyil. Sözsüz ki, sənədlər İtaliya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə verilməyəcəkdir, bu sadəcə bir qeyddir. sonrakı mərhələlər bunlardır:
1
Sənədlərin əsli Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən leqallaşdırılmalıdır (Apostille olmalıdır, 5 saylı ASAN xidmət. ünvana bax). Apostille 1 həftə çəkir və hər bir leqallaşan sənədə görə 11 manat rüsm ödəməlisiniz. Qeyd edim ki, bir tək ASAN xidmətdən alınan “Ailə tərkibi haqqında arayış”-ın əsli Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən yox, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən apostille edilməlidir (ünvan bax).
2
Sənədlərin hər birisi İtalian dilinə tərcümə edilməlidir. Burada kiçik bir nüans vardır ki, onu qeyd etməliyəm. Sənədləri tərcümə etdirdikdən sonra tərcümənin özünü də leqallaşdırmaq istəyirsinizsə o zaman tərcüməni göy blankda etməklərini xahiş edin. Göy blank deyin özləri biləcək. Mən belə etmişdim və əksər insan belə edir, lakin digər bir yolu aşağıda qeyd edəcəm. 1 arayışın tərcüməsi 18-20 manatdır.
3
Göy blankda tərcümə olunmuş və notariusda tədqilənmiş (normalda bunu tərcümə mərkəzləri özü edir və artıq sizə təqdim edir) sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2ci dəfə apostille etmək. Qeyd edim ki bu apostille tərcümənin leqal olduqunu təsdiqləyir. Hər bir sənədə görə ödəniləcək məbləğ 10 manatdır.
Növbəti prosedurlar bando açıqlandıqca paylaşılacaq. Buraya uniweb hesabınızdan bəzi sənədləri doldurmaq və poçtla göndərmək daxildir. Padova üçün sənədlərin originalları poçtla ESU ofisinə göndərilməlidir.
qeyd
DİQQƏT!
Daha əvvəl yazdığım kimi bu formatda yığılan sənədlər ən güvənilir sənədlərdi və mən başım dinc olsun deyə sənədləri məhs bu cür yığmışam. Lakin daha az sənəd və digər formatlarda (daha ucuz başa gələn) sənəd verənlər də təqaüd alıb. İş orasındadır ki, Padovada Azərbaycanın hansı qurumundan hansı sənədi alınacağının heç bir siyahısı yoxdu, istədikləri yalnız illik gəlirini göstərilməsi,
sənədləri italian dilinə tərcümə edilməsi və leqallaşdırılmasıdır. Məhs buna görə də:
Hər bir 18 yaşdan yuxarı olan ailə üzvünüzün adına Azərbaycan Respublikası ərazısındə “adına olan mülklərinin siyahısı və ya mülkünün olmamasına” dair sənədi göstərməyənlər də hər il təqaüdü rahat alır. Bu kəslər yalnız öz adına mülkün olub olmamasını göstərməklə kifayətlənir.
Sənədləri 2 qat apostille etməyənlər də rahat təqaüdü alır. Beləliklə seçim sizindir istəyirsinizsə mənim kimi hər bir sənədi tam toplayın və leqallaşdırın və ya nələrisə etməyin. Bu iki variant arasında fərq hardasa 150-200 manat edir.
"Guide to ISEE and Application for benefits" adlı universitetin rəsmi səhifəsində paylaşılan sənədə görə sənədlərin leqallaşması həmin ölkədə olan İtalyan səfirliyi və ya CAF ofisi tərəfindən müəyyən olunur. 2020-ci il CAF ofisindən alınan məlumata görə sənəd bir dəfə apostil olunub sonra tərcümə-təsdiq edilməlidir. Bu halda birinci XİN-də apostil etdirib sonra tərcümə-təsdiq etmək kifayətdir deyə düşünürəm. Sonrakı ədliyyə apostili CAF ofisindən alınan məlumata görə lazım deyil. Amma hər ehtimala qarşı göy blankda tərcümə təsdiq elətdirin ki sonradan ədliyyədə apostil etmək imkanı olsun.